“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 

Futbolinfo.az xəbər verir ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komandamız Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq. 

Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-i, 23-ü və 26-da olacaq. 

Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp