Bu gün AFFA-nın Futbol akademiyasında Kütləvi Futbol Departamentinin müdiri Cahangir Həsənzadə və Uşaq və Gənclər üzrə Yarışların Keçirilməsi Şöbəsinin müdiri Yusuf Vəliyev ilə Bakı və Sumqayıtda müstəqil fəaliyyət göstərən – “Araz Bakı”, “Stars”, “Gilavar”, “Sumqayıt City”, “Xəzər Buzovna”, “Leon”, “Fənərbaxça”, “Avropa Futbol Məktəbi” – uşaq futbol məktəblərinin rəhbərləri arasında görüş keçirilib. 

Futbolinfo.az xəbər verir ki, görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, yanvarda bu məktəblərin 5-6 yaşlı uşaqlardan ibarət komandaları arasında AFFA-nın təşkilatçılığı ilə turnirin keçirilməsi, uşaqların ad və soyadlarının AFFA-nın qeydiyyat bazasına daxil edilməsi, klublara assosiasiya tərəfindən idman ləvazimatlarının və invertarların verilməsi, oyunçuların transferi ilə bağlı yarana biləcək məsələlərdə köməklik göstərilməsi təklif edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp