Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti oyununu keçirib.

Təbriz klubu səfərdə “Padideh”lə qarşılaşıb. Qarşılaşma məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.

Cənubi Azərbaycanın daha məşhur “Traktorsazi” klubu isə hesabat turunda “Fulad”ı qəbul edəcək.

“Traktorsazi” hazırda 26 xalla 16 iştirakçı arasında 4-cü, “Maşinsazi” isə 14 xalla 11-cidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp