2 saatdan sonra AFFA İcraiyyə Komitəsinin növbəti iclası başlayacaq. Bu tədbirdə bir çox məsələ həllini tapacaq ki, onlar arasında ən mühüm olanı milli komandanın baş məşqçisi Qurban Qurbanovun taleyidi.
 
Futbolinfo.az xəbər verir ki, bir ildəki fəaliyyəti ilə bağlı hesabat verəcək Qurban bəyin postundan istefa verməsi haqda xəbərlər dolaşır. Belə ki, dünən gecə sosial şəbəkədə yayılan məlumatlara görə, Qurbanovun bu gün milli ilə vidalaşması mümkündü.
 
6 illik müqavilə bağlayan Qurban bəy hələlik məsələyə reaksiya verməyib. Təbii ki, bütün suallara az sonra aydınlıq gələcək. Lakin onun bu addımı atacağı inandırıcı deyil. Sadəcə, bu şaiyənin yayılmasını onun AFFA rəhbərliyinə üsyanı saymalıyıq.
 
Baş katib Elxan Məmmədov bəzi komitə üzvləri ilə plan hazırlayaraq, onu seçim etməyə zorlayırlar. Ya “Qarabağ”da, ya da yığmada işləmək dilemması qarşısında qalan məşqçi klubla vidalaşmaq niyyətində deyil. Elə bu səbəbdən məşqçi onlara millidən gedə biləcəyi ilə bağlı siqnal verib.
 
Məmmədov bu məsələnin ictimailəşməsində, məşqçiyə təzyiq göstərilməsində maraqlıdı. Qurbanovun İK-nın iclasında əsəbləri sınağa çəkiləcək və onun öz dilindən istefa kəlməsini almağa çalışacaqlar. Bu posta ölkə prezidentinin təklifiylə gətirilən Qurbanovu qovmaq heç bir AFFA rəsmisinin cəsarətinə sığan hərəkət deyil. Ona görə də məşqçinin özünün bu addımı atması üçün səy göstərirlər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp