AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevin yadına “Kəpəz” düşüb. 15 ildi bu postda olan, ölkə futbolunun inkişafı üçün heç bir diqqətçəkən iş görməməsinə rəğmən, kreslosundan möhkəm yapışan funksioner nə səbəbdənsə odlu-alovlu danışmağa başlayıb.
 
Təbii ki, onun qulağına xəbər çatıb. Ölkə prezidenti İlham Əliyev daim idmana qayğısı ilə seçilib və xüsusilə futbolun inkişafında maraqlıdı. Onun yeni dövlət proqramı ilə bağlı göstəriş verəcəyi, futbola diqqəti daha da artıracağı ilə bağlı xəbərlər var. Bğlgələrdə futbolun inkişafıüçün bir sıra addımlar atılmalıdı.
 
Rauf bəy bu məsələdən duyuq düşüb, dəqiq planı bilməsə də, özünü proseslərə calaq etmək niyyətindədi. Bu səbəbdən o, ARB kanalına tələsik müsahibə verib və bu məsələdən danışıb. İndiyədək susqun olan vitse-prezident heç vaxt xatırlamadığı “Kəpəz”in birinci divizionda çıxış etməsindən narahatlığını dilə gətirib, Gəncə klubunun nəzdində akademiya yaradılmasının vacibliyini önə çəkib.
 
Hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini bilmirik, lakin ölkə futbolunun inkişafını istəyiriksə, ilk olaraq elə Rauf Əliyev kimi 15 ildi papağını günə verən,futboldan qazanıb futbola heç nə qazandırmayan məmurları kənara atmaq lazımdı. Berlində batırdığı milyonlara görə bu şəxsin ümumiyyətlə, futboldan danışmağa haqqı yoxdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp