Bu gün AFFA İcraiyyə Komitəsində AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibi təsdiqlənəcək. Frits Stuxlikin sədr təyin olunduğu yeniləşmiş qurumun sifəti də bundan sonra bəlli olacaq.
 
AFFA nə qədər gizli saxlamağa çalışsa da, komitədə olacaq sabiq hakimlərin siyahısını dəqiqləşdirmişik. Sabiq FIFA referiləri – Vüsal Əliyev, Anar Salmanov, eləcə də futzalda bu dərəcəni almış Elçin Məmmədov komitənin tərkibində olacaq.
 
Əliyevin namizədliyi daim gündəmdə olub, Salmanov vaxtillə səhvləri üzündən hakimlikdən qovulsa da, oxşar aqibəti yaşamış digər həmkarlarından fərqli susqunluğunu qoruduğundan siyahıya düşüb, Məmmədov isə “xüsusi bacarığı” sayəsində Stuxlikin gözünə girib. Siyahı rəsmiləşəndən sonrakı həngaməni təsəvvür edə bilirəm. Kənarda qalanlar, yaddan çıxanlar, layiq olduğu halda kənarda saxlanılanlar yəqin ki, seçimə müxtəlif səviyyədə münasibət bildirəcək.
 
Komitənin tərkibi yalnız bu şəxslərdən ibarət olmayacaq. Futbol veteranlarından, məşqçilərdən və s. ibarət daha bir neçə nəfərin Stuxlikin başçılığı altında birləşəcəyi gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp