Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turuna start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib. 

Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında "Portu"nu qəbul edib. “Sarı-qırmızılar” qələbə qazanacağı təqdirdə, Avropa Liqasına vəsiqəni təmin edəcəkdi. Lakin İstanbul klubu bu görüşdə məğlub olsa belə, Avroliqaya vəsiqə qazanıb. Buna qrupun digər matçında "Lokomotiv"in "Şalke" ilə səfər oyunundan məğlub ayrılması şərait yaradıb.

B qrupunda "Barselona" “Tottenhem”i sınağa çəkib. London təmsilçisi bu matçda qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə yüksələcəkdi. "Barsa" isə artıq bu işin öhdəsindən gəlmişdi. Qrupun digər matçında "İnter" PSV ilə qarşılaşıb. Hər iki oyun 1:1 hesabıyla başa çatıb. Nəticədə, "Barselona" və "Tottenhem" 1/8 finala yüksəlibsə, "İnter" Avropa Liqasına vəsiqə ilə kifayətlənib.

Günün maraqla gözlənilən qarşılaşması C qrupunda olub. “Liverpul” “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib. “Liverpul”u bu görüşdə yalnız qələbə qane edirdi. Liverpullular minimal hesabla qalib gəlməklə istəklərinə çatıblar. Qrupun digər matçında PSJ səfərdə “Srvena Zvezda”ya qalib gəlib. Yekunda PSJ və "Liverpul" növbəti mərhələyə yüksəlib, "Napoli" isə Avroliqaya yollanmaq məcburiyyətində qalıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur

11 dekabr

A qrupu

Brügge (Belçika) – Atletiko (Madrid, İspaniya) 0:0

Monako (Fransa) – Borussiya (Dortmund, Almaniya) 0:2
Qol: R.Gerrero, 15; 88.

Borussiya – 13, Atletiko – 13, Brügge – 6, Monako – 1.

B qrupu

İnter (İtaliya) – PSV (Eyndhoven, Hollandiya) 1:1
Qol: İkardi, 73 – Lozano, 13.

Barselona (İspaniya) – Tottenhem (İngiltərə) 1:1
Qol: Dembele, 7 – Moura, 85.

Barselona – 14, Tottenhem – 8, İnter – 8, PSV – 2.

C qrupu

Srvena Zvezda (Serbiya) – PSJ (Fransa) 1:4
Qol: Qobelyiç, 56 – Kavani, 10. Neymar, 40. Markinyos, 74. Mbappe, 90.

Liverpul (İngiltərə) – Napoli (İtaliya) 1:0
Qol: Salah, 34.

PSJ – 11, Liverpul – 9, Napoli – 9, Srvena Zvezda – 4.

D qrupu

Qalatasaray (Türkiyə) – Portu (Portuqaliya) 2:3
Qol: Fequli, 45-pen. E.Derdiyok, 65 – Felipe, 17. Mareqa, 42-pen. Oliveyra, 57.

Şalke (Almaniya) – Lokomotiv (Moskva, Rusiya) 1:0
Qol: Şöpf, 90.

Portu – 16, Şalke – 11, Qalatasaray – 4, Lokomotiv – 3.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp