Final mərhələsi 2021-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının oyunlarının təqvimi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, millimiz ilk oyununu gələn il iyunun 6-da Lixtenşteynə qarşı səfərdə keçirəcək. Komandamızın son matçı isə 2020-ci ilin 13 oktyabrına təsadüf edəcək. Həmin gün gənclərimiz səfərdə Gürcüstanla üz-üzə gələcək:

2019-cu il

6 iyun
Lixtenşteyn – Azərbaycan

6 sentyabr
Azərbaycan – Slovakiya 

10 sentyabr
Azərbaycan – Gürcüstan

10 oktyabr
Fransa – Azərbaycan 

15 oktyabr
Azərbaycan – İsveçrə

14 noyabr
Azərbaycan – Lixtenşteyn
 
2020-ci il

26 mart
İsveçrə – Azərbaycan 

7 sentyabr
Azərbaycan – Fransa 

8 oktyabr
Slovakiya – Azərbaycan

13 oktyabr
Gürcüstan – Azərbaycan

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp