İngiltərənin “Mançester Siti” klubu futbolçusu Fil Fodenin müqaviləsinin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Foden cari mövsümdə 13 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Fodenin klubla əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp