“Neftçi” futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Sumqayıt”la oyuna hazırlığını davam etdirir. 

Futbolinfo.az xəbər verir ki, "Gənclik şəhəri” təmsilçisi ilə çempionat matçından sonra istirahət etməyən komanda bu gün öz bazasında növbəti məşqə çıxıb. 

Ruslan Abışovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.

Xatırladaq ki, dekabrın 15-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununa saat 19:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp