Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

“Səbail Peşəkar Futbol Klubu” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilsin.

AFFA İntizam Komitəsinin 27 noyabr 2018-ci il il tarixli qərarı ilə, 25 noyabr 2018-ci ildə, 2018/2019 mövsümündə, Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” oyunu başa çatdıqdan sonra “Səbail” PFK-nın protokolda adı olmayan futbolçusu Eltun Yaqublunun hakimi təhqir etməsinə görə 4 oyun cəzalanması, klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp