Bu gündən etibarən Ukraynanın paytaxtı Kiyevdə FİFA və UEFA-nın dəstəyi, Ukrayna Futbol Federasiyasının Etika və Fair Play Komitəsinin təşkilatçılığı ilə “Danışılmış oyunlara qarşı” mövzusunda forum keçirilir.

Futbolinfo.az xəbər verir ki, iki gün davam edəcək forumun keçirilməsində məqsəd qonşu ölkələrin nümayəndələri ilə “feyr pley” məsələləri və aidiyyatı təhqiqatların aparılması mövzusunda təcrübə mübadiləsi aparmaqdı. FİFA, UEFA, Ukrayna, Slovakiya, Latviya, Polşa, Çexiya, Gürcüstan və Litva futbol federasiyalarının nümayəndələrinin iştirak etdiyi forumda AFFA-nı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir. 

Forum zamanı FİFA və UEFA-nın, eləcə də federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər keçirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp