Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısını başa vuran “Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinə hazırlığını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Sabah”la ilk oyuna Bakıda hazırlaşır. Premyer Liqa çərçivəsində “Səbail”lə dekabrın 9-da keçirilən səfər matçından (0:0) sonra paytaxtda qalan komanda məşqlərini ara vermədən sürdürür. Dünən bərpa edici hazırlıq keçən futbolçular bu gün meydanda məşq edib. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” klubunun bazasında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Sabah” oyunu dekabrın 16-da baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 14:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp