Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, 6-cı turun sonuncu oyun günündə də 8 qarşılaşma keçirilib.

Turnirin son qalibi "Real" İspaniyada ÇSKA-nı sınağa çəkib. Madrid təmsilçisi doğma meydanda darmadağına üzülüb. Qrupun digər matçında isə "Viktoriya" (Plzen) "Roma"nı qəbul edib və qələbə qazanıb. İspanlar və italyanlar öncədən növbəti mərhələyə vəsiqəni təmin etmişdi. Digər iki komanda isə bu turda Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparıb. Hər iki kollektiv son turda qələbə qazansa da, Avroliqaya vəsiqə Çexiya təmsilçisinə qismət olub.

Günün maraqla gözlənilən qarşılaşması F qrupunda olub. Növbəti mərhələyə iddialı iki komanda üz-üzə gəlib. Ukrayna "Şaxtyor"u evdə Lion “Olimpik”ini məğlub edərək, pley-offa yüksəlməyə çalışıb. Fransızlara isə növbəti mərhələ üçün ən azı bir xal bəs edirdi. Qarşılaşma heç-heçə yekunlaşdığından, növbəti mərhələ sevincini fransızlar yaşayıblar. 1/8 finalı daha öncədən təmin edən digər komanda "Mançester Siti" "Hoffenhaym"la münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb.

H qrupunda da maraqlı nəticələr qeydə alınıb. “Mançester Yunayted” səfərdə “Valensiya”ya, “Yuventus” isə “Yanq Boyz”a məğlub olub. Buna baxmayaraq, hər iki komanda daha öncə pley-offa vəsiqəni təmin etmişdi.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur

12 dekabr

E qrupu

Benfika (Portuqaliya) – AEK (Afina, Yunanıstan) 1:0
Qol: Qrimaldo, 88.

Ayaks (Hollandiya) – Bavariya (Almaniya) 3:3
Qol: Tadiç, 61; 82-pen. Talyafiko, 90 – Levandovski, 13; 87-pen. Koman, 89.

Bavariya – 14, Ayaks – 12, Benfika – 7, AEK – 0

F qrupu

Mançester Siti (İngiltərə) – Hoffenhaym (Almaniya) 2:1
Qol: Sane, 45; 61 – Kramariç, 16-pen.

Şaxtyor (Donetsk, Ukrayna) – Olimpik (Lion, Fransa) 1:1
Qol: Moraes, 22 – Fekir, 65.

Mançester Siti – 13, Olimpik – 8, Şaxtyor – 6, Hoffenhaym – 3

G qrupu

Real (İspaniya) – ÇSKA (Moskva, Rusiya) 0:3
Qol: Çalov, 37. Şennikov, 43. Siqurdsson, 73.

Viktoriya (Çexiya) – Roma (İtaliya) 2:1
Qol: Kovarik, 62. Çori, 72 – C.Ünder, 68.

Real – 12, Roma – 9, Viktoriya – 7, ÇSKA – 7

H qrupu

Valensiya (İspaniya) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol: Soler, 17. F.Cons, 47-öz qapısına – Reşford, 87.

Yanq Boyz (İsveçrə) – Yuventus (İtaliya) 2:1
Qol: Oaro, 30; 68 – Dibala, 80.

Yuventus – 12, Mançester Yunayted – 10, Valensiya – 8, Yanq Boyz – 4

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp