“Barselona”nın futbolçusu Serxio Buskets UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu dünən keçirilən “Barselona” – “Tottenhem” matçında iştirak edərək, ÇL-in 100-lər siyahısına düşüb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat verib.

Xəbərdə Busketsin bu turnirdə 100 və daha çox qarşılaşma keçirən 37-ci futbolçu olduğu bildirilib. İspan futbolçu 46-cı dəqiqədə İvan Rakitiçin əvəzinə meydana daxil olub.

Xavi, Lionel Messi, Andres İnyesta, Karles Puyol, Viktor Valdes və Jerar Pike də “Barselona” formasıyla ÇL-də 100 və daha çox oyun keçirən futbolçulardandı. 

ÇL tarixində ən çox oyun keçirən futbolçu isə İker Kasilyasdı. O, bu turnirdə 168 qarşılaşmada iştirak edib.

"Barselona" ÇL-in qrup mərhələsinin son oyununda öz meydanında "Tottenhem"lə 1:1 hesablı heç-heçə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp