“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə İngiltərənin “Arsenal” klubunun qonağı olacaq. 

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bu oyuna hazırlığını bu gün tamamlayacaq. “Qarabağ”ın futbolçuları yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 23:00) qarşılaşmanın keçiriləcəyi “Arsenal stadionu”nda son məşqə çıxacaq. 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son məşqdən 30 dəqiqə öncə media mənsublarının suallarını cavablandıracaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp