“Qarabağ”ın hücumçusu Con Delarjın futbolinfo.az saytına müsahibəsi:

– Son oyunlarda meydana çox az çıxırsan? Zədən var?
– Heç bir zədəm yoxdu. Sadəcə baş məşqçinin qərarıdı.

– 4 oyunda cəmi 7 dəqiqə meydanda olmusan…
– Bəli. Bu da futbolun tərkib hissəsidi. 

– Düşünürsən ki, qışdan sonra burada daha çox oynaya biləcəksən?
– Burada qalmaq haqqında düşünmürəm. 

– Qışda “Qarabağ”dan ayrılmağı düşünürsən?
– Baxacağıq. 

– Amma böyük ümidlərlə Azərbaycana gəlmişdiniz…
– Məlumat istəyirsinizsə, klubdan soruşun. Mən bu barədə çox danışmaq istəmirəm.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp