AÇ-2020-nin seçmə mərhələsinin 4-cü turunda keçiriləcək Uels – Azərbaycan oyununun stadionu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma "Kardiff Siti" stadionunda keçiriləcək. Bu barədə Uels Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Uels millisi AÇ-2020-nin seçmə mərhələsindəki bütün oyunlarını bu arenada keçirəcək.

Uels – Azərbaycan matçı 2019-cu ildə, sentyabrın 6-da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp