"Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı "Sumqayıt” klubu ilə oyunun hazırlığını gündə bir məşq olmaqla davam etdirir.

Futbolinfo.az xəbər verir ki, bu gün klubun bazasında baş tutan hazırlıq prosesindən əvvəl vəfatından 15 il ötən Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Bütün futbolçuların qatıldığı məşqdə Ruslan Abışov fərdi məşğul olub.

Xatırladaq ki, dekabrın 15-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyunu saat 19:00-da başlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp