“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə İngiltərənin “Arsenal” klubunun qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Londonda keçiriləcək oyundan öncəki mətbuat konfransında öz fikirlərini bildirib:

“Qrup mərhələsində sonuncu oyunumuzdu, rəqibimiz isə İngiltərənin köklü klublarından "Arsenal"dı. Bu komandanın gücü hamıya bəllidi. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridi. Sabah da yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp