Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə İngiltərənin “Arsenal” klubunun qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, bu qarşılaşma öncəsi iki klubun rəhbərliyi arasında görüş baş tutub.

Klub rəhbərlərinin rəsmi yeməyi zamanı London klubunun CEO-su Çips Kesvik “Qarabağ”ın vitse-prezidenti cənab Tahir Gözələ xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək “Arsenal” – “Qarabağ” matçına saat 00:00-da start veriləcək.

48059245 2308204499402643 1563221804862930944 n - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp