Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə baş tutan 8 qarşılaşmanın ardından növbəti mərhələyə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gəldi.

Beləliklə, 7 ölkənin 16 təmsilçisi – İngiltərənin “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem” və “Liverpul”, İspaniyanın “Atletiko”, “Barselona” və “Real”, Almaniyanın “Borussiya” (Dortmund), “Bavariya” və “Şalke”, İtaliyanın “Yuventus” və “Roma”, Fransanın PSJ və “Olimpik” (Lion), Portuqaliyanın “Portu” və Hollandiyanın “Ayaks” klubları ÇL-in 1/8 finalına vəsiqə əldə ediblər. 

Qrup üçüncüsü olan 8 komanda – İtaliyanın “İnter” və “Napoli”, İspaniyanın “Valensiya”, Türkiyənin “Qalatasaray”, Portuqaliyanın “Benfika”, Ukraynanın “Şaxtyor”, Belçikanın “Brügge” və Çexiyanın “Viktoriya” klubları isə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə ilə kifayətləniblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp