Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son iki cavab oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, öncə Masazırda debütant “Sabah” yarışın sonuncu finalçısı "Qəbələ”ni qəbul edib. Bu komandalar arasında reallaşan ilk görüşdə "qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəlmişdi. Elə bu dəfə də bölgə təmsilçisi oxşar hesabla üstün olub və yarımfinala vəsiqəni təmin edib.

Günün digər oyununda Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə” ölkə çempionu "Qarabağ”ı qonaq edib. Bu kollektivlərin də ilk qarşılaşmasında meydan sahibləri tək qolla qalib gəlmişdilər. Cavab matçında tərəflər meydanı heç-heçə ilə tərk ediblər. Bu üzdən də növbəti mərhələyə vəsiqəni Ağdam klubu qazanıb.

Qeyd edək ki, bu iki cütün qalibi – "Qarabağ" və "Qəbələ" yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə "Zirə" və "Sumqayıt" komandaları qarşılaşacaq. 

Yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab görüşləri isə mayın 1-də olacaq.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları

20 dekabr

Sabah – Qəbələ 0:1
Qol: C.Adeniyi, 79.
Qırmızı vərəqə: E.Ramos, 84.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Masazır. "Əlincə Arena”, 16:00.
İlk oyun – 0:1.

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 15. Erik Ramos, 25. Vanderson Silva, 33. Eltun Turabov, 11. Elgün Nəbiyev, 10. Cavid İmamverdiyev (k), 21. Novruz Məmmədov, 22. Miloş Bosançiç, 6. Vadim Abdullayev, 77. Şakir Seyidov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 8. Elşən Abdullayev, 27. Bəxtiyar Soltanov, 14. Tural Qürbətov, 3. Elvin Bədəlov, 2. Ülvi İbazadə, 97. Emil Qasımov, 88. Elçin Əsədov.
Baş məşqçi: Elşad Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 21. Atakora Lalavele, 10. Rauf Əliyev, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.

Keşlə – Qarabağ 1:1
Qol: A.Yunanov, 29 – Miçel, 50.
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Bakı. "ASK Arena”, 19:00.
İlk oyun – 0:1.

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 94. Seymur Əsədov, 80. Diallo Quydileye, 22. Nikola Mitroviç, 65. Cabir Əmirli, 17. Samir Məsimov, 9. Amil Yunanov.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 78. Elmir Rəhimzadə, 95. Cavid Əliyev, 7. Vaqif Cavadov, 88. Məmməd Quliyev, 23. Conatan Ayite, 14. Andre Klennon, 21. Herve Tçami, 93. Edvinas Girdvainis.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Baş məşqçi: Qurban Qurbanov.

Shares: