“Sevinirəm ki, mərhələ keçdik. Hər iki oyunda qələbə qazanmağımız yaxşı haldır”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə deyib. 

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah" üzərində 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayan əyalət təmsilçisinin müdafiəçisi oyunda yaşanan gərginlikdən də danışıb: 

"Rəqibdən çox söz açmaq istəmirəm. Aqressiv oynayırdılar. Bu onların oyun tərzidir. Amma Novruz Məmmədovla bir neçə dəfə üz-üzə gəldik. Hakimin fitindən sonra topu özümdə saxladım. Etiraz etdi. Mən də ona "Əlincə Arena"da bizi çempionat oyunu çərçivəsində 1:0 udduqları matçı xatırlatdım. Həmin vaxt bizim əsəblərimizlə oynayırdılar. Bütün futbolçuları oyunu ləngidirdi. Bildirdim ki, siz hesabda öndə olanda onu edə bilirdinizsə, biz də bacarırıq".

Shares: