İtaliya çempionu “Yuventus” futbolçusu Aleks Sandro ilə yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2015-ci ildən Turin klubunda çıxış edən A.Sandro bu mövsüm A Seriyasında 14 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: