“Qalatasaray” Türkiyə Super Liqasının 17-ci turunda “Sivasspor”u 4:2 hesabıyla məğlub edib.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın bu qələbəsi baş məşqçi Fatih Terim üçün əlamətdar olub.

Belə ki, Terim “Qalatasaray”ın “sükanı arxasında" 200-cü qələbəsini qazanıb. Həm də, onun rəhbərliyi altında “sarı-qırmızılar” 452 rəsmi qarşılaşmada 850-dən çox qol vurmağı bacarıb. “Qalatasaray”ın 850-ci qolu “Sivasspor” matçının 69-cu dəqiqəsində fərqlənən Henri Onyekurunun adına yazılıb.

“Qalatasaray” turnir cədvəlində 17 turdan sonra 29 xalla 5-ci sırada qərarlaşıb.

1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də “Qalatasaray”ı çalışdıran Terim, 2017-ci ilin dekabrından yenidən “sarı-qırmızılar”ın “sükanı arxasında"dır.

Shares: