Türkiyənin “Trabzonspor” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Super Liqanın 17-ci turunda keçirilən “Rizəspor”la qarşılaşmada (4:1) Oqenyi Onazi zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Xəbərdə, Onazinin zədəsinin ciddi olduğu və yaxın günlərdə İstanbulda əməliyyat olunacağı bildirilib.

Matçın 32-ci dəqiqəsində zədələnən Onazinin sağalma prosesinin 6-7 ay çəkəcəyi bildirilir.

Onazi 2016-cı ildə “Latsio”dan “Trabzonspor”a transfer edilib. 25 yaşlı futbolçu cari mövsümdə 16 qarşılaşmada iştirak edərək, bir qol vurub.

Shares: