Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Zalsburq”dan Amadu Haydaranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Leyptsiq” 20 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 13,5 milyon avro ödəyəcək. Futbolçuyla 5 illik müqavilə imzalanıb.

2019-cu il yanvarın 1-dən komandaya qoşulacaq Haydara, yeni klubunda 8 nömrəli formanı geyinəcək.

Haydara cari mövsümdə “Zalsburq”un heyətində 21 qarşılaşmada iştirak edərək, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Shares: