“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç, istirahət dönəmində vətəni Xorvatiyada təşkil olunacaq futzal üzrə turnirdə iştirak edəcək.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu Split şəhərində Dino Petrinoviçin xatirəsinə həsr olunmuş ənənəvi turnirdə iştirak edəcək. 17-ci dəfə təşkil olunan turnir dekabrın 26-da keçiriləcək.

Turnirdə 4 komanda mübarizə aparacaq ki, Oqnyen Vukoyeviç, Milan Rapaiç, İvitsa Mornar, İvitsa Oliç, Niko Krançar, İvan Klasniç kimi məşhur simalar da yarışa qatılacaqlar. İqor Tudor və Robert Yarni kimi mütəxəssislər isə baş məşqçi qismində iştirak edəcəklər.

Ozobiç "Qarabağ"a yayda "Qəbələ"dən keçib.

Shares: