“Barselona” “Valensiya”dan icarəyə götürdüyü müdafiəçi Ceyson Murilyonu ictimaiyyətə təqdim edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Barselona” Murilyo üçün “Valensiya”ya 2 milyon avro icarə haqqı ödəyəcək. 26 yaşlı futbolçu "Barsa"da 17 nömrəli formanı geyinəcək.

Kataloniya təmsilçisi mövsümün sonunda 25 milyon avro ödəməklə, kolumbiyalı futbolçunun transfer hüququna sahib ola bilər.

Shares: