Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayevin “Sabah”a gəlməkdən imtina etdiyini xəbər vermişdik.
Futbolinfo.az saytına açıqlama verən paytaxt klubunun idman direktoru Emin Abbasov Ramillə maraqlandıqlarını təsdiqləsə də, bunun xeyli müddət öncə olduğunu bəyan etdi:
“Ramil Şeydayev həqiqətən də maraq dairəmizdə olub. Yay transfer dönəmində klubumuzun prezidenti onun keçidini həll etmək üçün çox səy göstərdi. Amma Ramil ölkə xaricində, daha səviyyəli çempionatda çıxış eləmək istəyirdi. Ona görə də həmin vaxt “Sabah”ın təklifini geri çevirdi. Biz də onun bu qərarını anlayışla qarşıladıq və gələcək karyerasında ona uğurlar arzuladıq”.