Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqanın cari mövsümünün ilk yarısını lider kimi başa vuran İstanbul təmsilçisi elitanın digər iştirakçısı “Sivasspor”dan Robinyonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yaxın günlərdə “Başakşəhər” Robinyonu rəsmən təqdim edəcək və transferrin bütün detalları açıqlanacaq.

Qeyd edək ki, 34 yaşlı braziliyalı hücumçu “Sivasspor”un heyətində bu mövsüm 16 oyuna çıxıb, 8 qola imza atıb.

Shares: