Bir neçə qanalı futbolçu karyerasını Azərbycanda davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bunu onların meneceri Mehmet Ali Gürboğa açıqlayıb.

Məsələ burasındadı ki, 19-24 yaş arası olan 22 afrikalı futbolçu artıq 3 aya yaxındı ki, Antalyada hazırlıq keçirlər. Formada qalmaq üçün həftədə 3 dəfə məşq edən və hər həftəsonu 2 yoxlama görüşü keçirən afrikalılar yanvar ayını gözləyirlər. Qanada "Sondisko" klubunun formasını geyinən oyunçular gələn aydan Antalyaya təlim-məşq toplanışına yollanacaq müxtəlif ölkələrin klublarıda baxışdan keçəcəklər.

İçlərində Nigeriya və Fil Dişi Sahilindən də futbolçu olduğunu bildirən menecer hazırda klubların yollarını gözlədiklərini söyləyib: "Dörd oyunçumuzla maraqlanan klublar var. Həm onlar, həm də digərləri müxtəlif komandalarda baxışdan keçəcək. Qanalı oyunçularımız Rusiya, Qazaxıstan, Azərbaycan, Almaniya, Belçika və Fransa klublarına getməyə çalışacaqlar".

Mehmet Ali Gürboğa həmin oyunçuların qiymətlərinin də ucuz olduğunu vurğulayıb: "İstedadlı gənc futbolçularımız az məvacibə də razıdılar. Onların tək istəyi karyeralarını Avropada davam etdirməkdi. İstənilən klub rəsmisi gəlib oyunlarını izləyə bilər".

Qeyd edək ki, Topaz Premyer Liqasında çıxış edən 8 klubumuzun hamısı yanvarda təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. (matç.az)

Shares: