İngiltərənin “Vest Hem” klubu yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, son olaraq Premyer Liqanın 19-cu turunda səfərdə “Sauthempton”u 2:1 hesabıyla məğlub edən London təmsilçisi, çempionatda son 1 ayda 5-ci qələbəsini qazanıb.

Dekabr ayında Premyer Liqada 6 oyun keçirən “Vest Hem”, bu oyunlarda 15 xal toplayıb. Bu, London təmsilçisinin klub tarixində bir ayda toplanılan ən çox xaldır.

“Vest Hem” 19 turdan sonra 27 xalla 9-cu pillədə qərarlaşıb.

Shares: