Hazırda qış fasiləsində olan “Zirə” yanvarın 5-də bir araya gələcək.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, çalışmaların ilk hissəsini Bakıda keçirəcək “Zirə”, ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. 

“Qartallar” Bələk bölgəsində “Alva Donna Exclusive Hotel”də qalacaq. Komanda burda 4 yoxlama oyununa çıxacaq. “Qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) komandaları ilə görüşdə qüvvəsini sınayacaq. Digər iki rəqibin kimliyinə isə aydınlıq gəlməyib.

“Zirə” yanvarın 27-də toplanışı yekunlaşdırıb, vətənə qayıdacaq.

Shares: