İtaliyanın “Milan” klubunun idman direktoru Leonardo komandanın baş məşqçisi Cennaro Qattuzonun mümkün istefasından danışıb.

Futbolinfo.az xəbər verir ki, A Seriyasının növbəti turunda qarşılaşacağı SPAL-la matçda qələbə qazana bilməyəcəyi halda, “Milan”ın Qattuzonu istefaya göndərəcəyi iddiaları var. 

Lakin klub rəsmisi bu xəbərləri təkzib edib və baş məşqçi postunda hər hansı dəyişikliyə hazırlaşmadıqlarını bəyan edib:

“Qattuzonu başqası ilə dəyişməyi planlaşdırmırıq. “Milan” heç bir başqa mütəxəssislə danışıq aparmır”.

“Milan” – SPAL matçı bu gün keçiriləcək. Sözügedən komanda A Seriyasında 18 turdan sonra 28 xalla 6-cı pillədə qərarlaşıb.

Shares: