UEFA-nın keçirdiyi yığma və klub səviyyəli bütün turnirlərin ən yaxşı bombardiri açıqlanıb.
Futbolinfo.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu, Hollandiya millisinin və İngiltərənin “Çelsi” klubunun hücumçusu Dayşon Redandı.
Redanın fevralda 17 yaşı tamamlanıb. O, il ərzində 19 qol vurub ki, bunlardan 8-i UEFA Gənclər Liqasında, 5-i Hollandiyanın U-19, 6-sı isə Avropa çempionu olan U-17 yığmasında qeydə alınıb.
İkinci yeri Hollandiyanın U-17 millisinin digər üzvü Nikita Tromp tutub. "Ayaks"da çıxış edən forvard 15 qola imza atıb. Üçüncü pillədə isə 13 qolla Bosniya və Herseqovina millisi ilə İtaliya "Roma"sının ön xətt oyunçusu Edin Dzeko qərarlaşıb.