Futbol üzrə İtaliya A Seriyasında 19-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Lider “Yuventus” “Sampdoriya”yla, onun əsas izləyicisi “Napoli” isə “Bolonya”yla üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
Son oyunlarda qələbəyə həsrət olan “Milan” isə doğma azarkeşlər önündə SPAL-ı qəbul edib. Milanlılar bu oyunda nəhayət ki, qələbə həsrətinə son qoymağı bacarıb.
"İnter" səfərdə "Empoli"ni minimal hesabla üstələyib. "Roma" isə "Parma" ilə səfər matçından inamlı qələbə ilə ayrılıb.
İtaliya A Seriyası
19-cu tur
29 dekabr
Yuventus – Sampdoriya 2:1
Qol: Ronaldo, 2; 65-pen – Kvalyarella, 33-pen.
Kyevo – Frozinone 1:0
Qol: Qyaççerini, 76.
Empoli – İnter 0:1
Qol: Balde, 72.
Cenoa – Fiorentina 0:0
Latsio – Torino 1:1
Qol: Saviç, 62 – Belotti, 45-pen.
Parma – Roma 0:2
Qol: Kristante, 58. C.Ünder, 75.
Sassuolo – Atalanta 2:6
Qol: Dunkan, 51; 57 – Sapata, 19. P.Qomes, 42. Mançini, 54. İliçiç, 74; 86; 90.
Udineze – Kalyari 2:0
Qol: Pussetto, 39. Behrami, 57.
Napoli – Bolonya 3:2
Qol: Milik, 15; 52. Mertens, 88 – Santander, 37.
Milan – SPAL 2:1
Qol: Kastillexo, 16. İquayn, 64 – Petanya, 13.