“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə örnək addımi ilə diqqət mərkəzinə düşüb.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi “İnstaqram” hesabında həssas paylaşım edib.

Sadıqov aprel döyüşləri zamanı şəhid olmuş Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.

Şəkil Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qarabağ” – “Sportinq” oyununda çəkilib.

109469 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp