Fransanın “Genqam” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Sanderlend” klubunun yarımmüdafiəçisi Didye Ndonqu heyətinə qatıb. Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər 3,5 illik müqaviləyə imza atıblar.

Qabon yığmasının da şərəfini qoruyan Ndonq daha öncə Fransada “Loryan” klubunun da şərəfini qoruyub. O, “Sanderlend”ə 2016-cı ildə məhz həmin klubdan transfer edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp