“Mançester Yunayted” Premyer Liqanın 20-ci turunda “Bornmut”u 4:1 hesabıyla məğlub edib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “qırmızı şeytanlar”ın futbolçusu Pol Poqba üçün əlamətdar olub.

Belə ki, bu matçda 2 qolun müəllifi olan Poqba, 2012-ci ildən bu yana Premyer Liqada ardıcıl iki oyundada dubl edən ilk “Mançester Yunayted”li futbolçu olub. Poqba 19-cu turda da “Haddersfild”i 3:1 hesabıyla məğlub etdikləri matçda 2 qol vurmuşdu.

Poqbadan əvvəl Ueyn Runi 2012-ci ildə “Mançester Yunayted”in heyətində Premyer Liqada ardıcıl 2 oyunda dublla fərqlənmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp