Futbol üzrə Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kristiano Ronaldo İtaliyada yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, o, A Seriyasının 19-cu turu çərçivəsində “Sampdoriya” ilə ev oyununda dubla imza atıb. Bu dubl sayəsində Ronaldonun cari mövsümdə vurduğu qolların sayı 14-ə çatıb.

Bununla da Kristiano A Seriyasında bir mövsüm ərzində ən çox qol vuran portuqaliyalı futbolçuya çevrilib. Ondan öncəki rekord həmyerlisi Rui Barriosa məxsus idi. O da 1988/89 mövsümündə məhz “Yuventus”un heyətində 12 qola imza atmaqla rekorda imza atmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp