Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyənin “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub.

Futbolinfo.az xəbər verir ki, Müjdat Yalmanı istefaya göndərən klubun azərbaycanlı iş adamı Rauf İsmayılov, bu postu həmyerlimiz Asim İbrahimova həvalə edib.

Xatırladaq ki, İbrahimov ötən mövsüm Türkiyənin digər klubu “Adanaspor”da çalışıb. Onun qardaş ölkədəki ikinci iş yeri isə məhz “Darıca Gənclərbirliyi” olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp