Türkiyənin “Darıca Gənclərbirliyi” klubunun azərbaycanlı sahibi Rauf İsmayılov komandasının hədəflərindən danışıb.

Futbolinfo.az xəbər verir ki, bir müddət öncə sözügedən klubun hissələrini satin alan azərbaycanlı iş adamı yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Bizim gələcəklə bağlı böyük hədəflərimiz var. Hazırda komandamızı yenidən qurmaqla məşğuluq. Təlim-məşq toplanışına qədər heyətə səviyyəli futbolçular cəlb etməliyik. İlkin hədəf isə bir üst liqaya yüksəlməkdi. Darıca xalqı bizə inansın və güvənsin. Biz bura yaxşı işlər görmək üçün gəlmişik”.

Klubun adının, yerinin, rənglərinin dəyişmədiyini bildirən azərbaycanlı iş adamı daha sonra bunları vurğulayıb: “Bəzi dedi-qodular gəzir. Amma Darıca xalqı bunlara fikir verməsin. Bu klub darıcalılarındı. Biz də bu komandanın daha yaxşı yerlərə gəlməsi üçün çalışırıq. Buna söz veririk”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp