Fransanın “Dijon” klubu baş məşqçisi Olivye Dall Ollyu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə, qarşılıqlı razılaşma əsasında fransız mütəxəssislə olan müqavilənin ləğv edildiyi bildirilib. Buna “Dijon”un cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

Dall Ollyu 2012-ci ildən "Dijon"u çalışdırırdı.

"Dijon" Liqa 1-də 16 xalla 18-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp