“Portu” Portuqaliya kubokunda “Belenenseş”i 2:1 hesabıyla məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bununla bütün turnirlər də daxil olmaqla, ardıcıl 16-cı qələbəsini qazanıb. Bu, klub tarixinin ən yüksək göstəricisidir.

“Portu” son olaraq, ölkə çempionatında 7 oktyabrda “Benfika”ya 0:1 hesabıyla məğlub olmuşdu.

Sözügedən komanda Portuqaliya çempionatında 14 turdan sonra 36 xalla liderdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp