Ukraynanın "Aleksandriya" klubunun baş məşqçisi Vladimir Şaran Azərbaycan millisinin üvü Pavel Paşayevin çıxışı haqda danışıb.

O, yerli müətbuata açıqlamasından müdafiəçidə yorğunluq olduğunu bildirib:

"Pavel mövsümlərarası fasilədə istirahət etmədiyi üçün futboldan "doyub". O, formasını geyindiyi Azərbaycan millisində də xeyli güc sərf edib. Belə bir şeyin baş verə biləcəyini düşündüyümüz üçün Stanislav Mikitseyi hazırlayırdıq. Dopinqə görə diskvalifikasiya olunan futbolçunun cəza müddəti artıq bitib".

Paşayev 2017-ci ilin yayından "Aleksandriya"da çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp