“Vest Hem” bir müddətdir ki, komandayla birgə məşqlərə çıxan Samir Nəsriylə müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, fransız futbolçu mövsümün sonuna qədər London təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Nəsri yeni klubunda 18 nömrəli formanı geyinəcək.

Orqanizmində qadağan olunmuş maddə tapıldığı üçün 18 ay müddətinə futboldan uzaqlaşdırılan Nəsrinin cəzası dekabr ayında başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp