İspaniyanın “Marca” nəşri 2018-ci ilin ən yaxşı 100 futbolçusunun siyahısını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, “Barselona”nın argentinalı ulduzu Lionel Messi ilin ən yaxşı oyunçusu seçilib.

O, Xorvatiya millisi və "Real"ın yarımmüdafiəçisi, "Qızıl top"un son qalibi Luka Modriçlə "Atletiko"nun hücumçusu, Fransa ilə dünya çempionu olan Antuan Qrizmannı qabaqlayıb. 

Bu mövsümün əvvəlində "Real"ı "Yuventus"a dəyişən Kriştiano Ronaldo isə sıralamada 4-cü olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp