İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyanın “Sevilya” klubunun hücumçusu Luis Murieli heyətinə qatıb. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Kolumbiyalı futbolçu “Fiorentina”da icarə əsasında çıxış edəcək. 27 yaşlı forvardla müqavilənin müddəti mövsümün sonuna qədərdi.

Muriel “Sevilya”da 2017-ci ildən forma geyinirdi. O, daha öncə İtaliyada “Udineze”, “Leççe” və “Sampdoriya” kimi klubların da şərəfini qoruyub. O, İtaliya çempionatında 165 oyun keçirib, 43 qola imza atıb.

Xatırladaq ki, Murielin son günlərdə “Milan”la razılığa gəldiyi barədə xəbərlər yayılmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp